GeriHüquqi məlumat

“MINI” xidmətinin iş qaydaları (ictimai oferta)


1. Ümumi müddəalar

1.1. İstənilən fiziki şəxsə (bundan sonra — Sifarişçi) ünvanlanmış bu sənəd “MINI” Xidmətinin (bundan sonra — Xidmət) rəsmi təklifidir və predmeti bu ofertanın 2.1-ci bəndində müəyyən edilmiş informasiya xidmətlərinin göstərilməsinin bütün mühüm şərtlərini ehtiva edir.

1.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.7-ci maddəsinə uyğun olaraq  bu sənəd ictimai ofertadır. xidmətlərin sifarişi onun akseptidir və bu da orada göstərilən şərtlərlə müqavilənin bağlanmasına bərabər sayılır. Oferta İnternet şəbəkəsində Xidmətin https://minitaxi24.com  saytında yerləşdirilib.

1.3. Bu publik ofertanın şərtlərini qəbul edərək Sifarişçi həmçinin https://minitaxi24.com ünvanında yerləşdirilmiş, Xidmətin konfidensial məlumatların işlənməsi ilə bağlı siyasəti ilə də razılaşır.

1.4. Sifarişçi bu ofertanın mətni ilə diqqətlə tanış olmalıdır. Sifarişçi onun hər hansı şərtləri ilə razı olmadıqda, ona Xidmətin xidmətlərindən imtina etmək təklif olunur. Sifarişçidə xidmətlərin xüsusiyyətləri ilə bağlı suallar yarandıqda, o, sifariş verməzdən əvvəl Xidmətin mütəxəssisinə konsultasiya üçün müraciət etməlidir.

1.5. Bu ofertanın şərtlərinin yerinə yetirilməsi məqsədi ilə istifadə olunan anlayışlar:

1.5.1. Xidmətlər – Xidmətin Partnyorları tərəfindən təqdim olunan və sifarişi Xidmət vasitəsilə həyata keçirilən xidmətlər.

1.5.2. Sifariş – sistem tərəfindən işlənmiş xidmətlərin sifarişi.

1.5.3. Xidmətin Partnyoru – Sifarişçiyə müstəqil olaraq, öz gücü ilə xidmətlər göstərən şəxs.

1.5.4. Şəxsi kabinet – göstərilən xidmətlərin həcmi və Sifarişçinin şəxsi hesabının cari vəziyyəti haqqında statistik məlumatları özündə əks etdirən, Xidmətin saytında olan səhifə. Şəxsi kabinetin qeydiyyatı üçün ən azı Sifarişçinin abonent telefon nömrəsi barədə məlumatın verilməsi zəruridir.

1.5.5. Şəxsi hesab – Sifarişçinin avans ödənişlərinin qeydə alındığı hesab və bu ödənişlərdən xidmətlər haqqı kimi tutulan (silinmiş) pul vəsaitlərinin məbləği. Şəxsi hesab unikal nömrəyə malikdir və Xidmət tərəfindən yaradılır.

1.5.6. Şəxsi hesabın balansı – şəxsi hesaba mədaxil edilmiş və şəxsi hesabdan silinmiş pul vəsaitlərinin məbləğləri arasında müəyyən vaxt ərzindəki fərq.

1.5.7. Sifarişçi – Xidmət vasitəsilə xidmətlərin sifarişini həyata keçirən şəxsdir.

1.5.8. Əvvəlcədən verilmiş sifariş – Sifarişçinin göstərdiyi vaxt anında xidmətlərin göstərilməsinin mümkünlüyünü nəzərdə tutan, ən azı 60 dəqiqə əvvəl qəbul edilmiş xidmətlərin sifarişi.

1.5.9. Cari sifariş – Xidmətin “mümkün qədər tez” göstərilməsini nəzərdə tutan sifariş.

1.5.10. Təsdiq edilmiş mobil tətbiq (Mobil tətbiq) — Sifarişçinin mobil cihazina quraşdırılan və sifarişlərin internet şəbəkəsi vasitəsilə yaradılması prosesinin avtomatlaşdırılmasına imkan verən, elektron hesablama maşınları üçün proqram.

 

2. Ofertanın predmeti

2.1. Sifarişçi Xidmət vasitəsilə xidmətlərin göstərilməsi üçün təmənnasız olaraq sifariş yerləşdirə bilər. xidmətlərin tam siyahısı Xidmətin saytında və ya Mobil tətbiqdə tanış olmaq üçün mövcuddur. Xidmət Sifarişçiyə müstəqil olaraq hər hansı xidmətlər göstərmir, belə xidmətlər barəsində öz üzərinə icraçının hüquqlarını və (və ya) vəzifələrini götürmür.

2.2. Bu ofertanın şərtlərinin Sifarişçi tərəfindən aksepti istənilən əlverişli üsulla xidmətlərin sifarişi məqsədi ilə Xidmətə müraciət etməklə həyata keçirilir.

2.3 Sifarişçi Sifarişin yerləşdirilməsi zamanı təqdim edilmiş məlumatın məzmununa və düzgünlüyünə görə məsuliyyət daşıyır.

2.4. Sifariş verildikdən sonra Sifarişçi haqqında və ona lazım olan xidmətlərin xarakteri barədə məlumatlar Sifarişçinin razılığı olmadan dəyişdirilmir və redaktə edilmir.

2.5. Xidmət Sifarişi seçən, seçilmiş Sifariş üzrə xidmətlərin göstərilmə vaxtını göstərməklə öz seçimi barədə Xidmətə məlumat verən Partnyoru Sifarişə təmənnasız giriş imkanı ilə təmin edir. Bu zaman Xidmət yalnız Partnyora sifarişə girişin verilməsinə zəmanət verir, xidmətlərin göstərilməsi üçün Partnyor məsuliyyət daşıyır.

2.6. Xidmət göstərilən xidmətlərin qaydası və xüsusiyyətləri barədə Sifarişçini məlumatlandırmaqla Partnyor tərəfindən xidmətlərin düzgün və doğru yerinə yetirilməsi üçün lazım olan bütün əhəmiyyətli məlumatları göstərir.

2.7. Xidmət xidmətlərin göstərilməsi üçün ilkin sifarişləri qəbul edə bilər. Xidmətlərin vaxtında göstərilməsinə görə məsuliyyəti ilkin sifariş haqqında Xidmət tərəfindən qabaqcadan xəbərdar edilmiş Partnyor daşıyır. Bu zaman xidmətlərin göstərilməsinə zəmanət verilmir.

2.8. Xidmət bu ofertanın şərtləri ilə razılaşmadığını ifadə edən Sifarişçiyə imtinanın səbəblərini izah etmədən xidmətlər göstərməkdən imtina etmək hüququnu özündə saxlayır.

2.9. Xidmətin fəaliyyətinə daxili nəzarət məqsədi ilə Sifarişçi ilə Xidmət arasında telefon danışıqları qeydə alınır.

2.10 Təqdim olunan xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, həmçinin Sifarişçi ilə Partnyor arasında operativ qarşılıqlı əlaqənin təmin edilməsi məqsədi ilə Sifarişçi Xidməti elektron əks-əlaqə xidmətlərindən istifadə etməklə və ya Xidmətin olduğu yer üzrə yazılı şəkildə Sifarişçinin hüquqlarının xidmətlərin göstərilməsi zamanı pozulduğu hallar barədə məlumatlandıra bilər. Bu halda Xidmət Partnyora Sifarişçidən daxil olmuş pretenziya barədə məlumat verir, Partnyora Sifarişçinin əlaqə telefon nömrəsini, həmçinin pretenziyanın məzmununu bildirir. Pretenziyanın sonrakı tənzimlənməsi Xidmətin iştirakı olmadan Sifarişçi və Partnyor arasında həyata keçirilir. Bu bəndin məzmunu Xidmətin təbii və ya pul formasında zərərin əvəzinin ödənilməsinə, kompensasiyaların ödənilməsinə və/və ya Xidmətin bu ofertada nəzərdə tutulmayan digər vəzifələri öz üzərinə götürməsinə dair hər hansı öhdəliyi qəbul etməsi kimi göstərilmir və qiymətləndirilə bilməz.

2.11. Sifarişçinin şəxsi məlumatlarının toplanması və işlənməsi zamanı Xidmət “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 998-IIIQ nömrəli qanununun müddəalarını, həmçinin Xidmətin Konfidensial məlumatların işlənməsi ilə bağlı siyasətini rəhbər tutur.

 

3. Xidmətin Vəzifələri

3.1. Sifarişi qəbul etmək, Partnyorun Sifarişə giriş imkanını təmin etmək və Sifarişçini Sifarişin yerinə yetirilməsinin gedişatı haqqında məlumatlandırmaq.

3.2. Xidmətlərin göstərilməsində məcburi gecikmə halları barədə Sifarişçini məlumatlandırmaq.

3.3. Xidmətlərin göstərilməsinin mümkünsüzlüyü halları barədə Sifarişçini məlumatlandırmaq.

3.4. Sifarişçinin avans ödənişlərini vaxtında şəxsi hesaba köçürmək.

3.5. Sifarişçinin təqdim etdiyi informasiyaya icazəsiz daxil olmaq və/və ya xidmətlərin göstərilməsinə bilavasitə aidiyyəti olmayan şəxslərə vermək cəhdlərini vaxtında aşkar etmək və qarşısını almaq.

 

4. Sifarişçinin Vəzifələri

4.1. Xidmətlərin icrasını təmin etmək üçün lazım olan vaxtı nəzərə alaraq sifariş vermək.

4.2. Partnyor tərəfindən Sifarişin düzgün seçilməsi üçün zəruri olan şərtləri qeyd etmək.

 

5. Sifarişçi və Partnyor arasında hesablaşmaların həyata keçirilməsi

5.1. Xidmət Sifarişçiyə predmeti bu ofertanın 2.1-ci bəndi ilə müəyyən edilmiş xidmətləri təmənnasız olaraq təqdim edir.

5.2. Xidmətlərin göstərilməsinə görə hesablaşma bilavasitə Sifarişçi ilə Partnyor arasında həyata keçirilir. Xidmət Sifarişçiyə xidmətlərin qiyməti barədə məlumat verir. Göstərilən qiymət sifarişi qəbul etmiş Partnyorun tətbiq etdiyi tariflər əsasında hesablanır. Partnyorların qiymətləri dinamik ola bilər və müxtəlif amillərdən (küçə-yol şəbəkəsinin vəziyyəti, nəqliyyat yüklənməsi, günün vaxtı, ilin vaxtı, xidmətlərə tələbatın dinamikası, iqlim şəraiti və s.) asılı ola bilər ki, bu da müxtəlif vaxtlarda həmcins xidmətlərin dəyərinin fərqinə səbəb ola bilər. Sifarişçinin xidmətlərin son dəyəri barədə məlumatlandırılması xidmətlərin Xidmət tərəfindən təqdim edilməsi kimi göstərilmir və qiymətləndirilə bilməz.

5.3. Xidmətlərin göstərilməsi üçün hesablaşmanın həyata keçirilməsi forması Xidmətin iştirakı olmadan Sifarişçi tərəfindən müəyyən edilir.

5.4. Xidmət Sifarişçiyə göstərilən xidmətlər üçün hesablaşmaların forması və qaydası barədə hər hansı göstəriş vermir.

5.5. Xidmət Sifarişçi tərəfindən xidmətlərin qarşılığının aşağıdakı formalarda ödənilməsi üçün texniki imkan yaradır:

5.5.1. Pul vəsaitlərinin Şəxsi hesabdan silinməsi vasitəsilə;

5.5.2. Bank kartlarından və ya nağdsız ödənişin digər üsullarından istifadə etməklə (texniki imkan olduqda) nağdsız ödənişlə.

5.6. Sifarişçi və Partnyor arasında hesablaşmalar zamanı şəxsi hesabdan pul vəsaitlərinin silinməsi vasitəsilə Xidmət Partnyorun adından və onun hesabına fəaliyyət göstərən agenti kimi Sifarişçinin pul vəsaitlərinin qəbulu hissəsində çıxış edir. Xidmət Partnyorun agentinin öhdəliklərini yalnız Sifarişçinin pul vəsaitlərinin qəbulunun təmin edilməsi hissəsində öz üzərinə götürür. Sifarişçinin öz Şəxsi hesabına daxil etdiyi pul vəsaitləri Xidmətin hesablaşma hesabına daxil olur və elektron pul vəsaitləri deyildir. Xidmət Sifarişçiyə pul vəsaitlərinin köçürülməsi (elektron pul vəsaitlərinin köçürülməsi) üzrə xidmətlər göstərmir, Sifarişçi Xidmətə pul vəsaitlərinin köçürülməsi barədə məcburi sərəncam vermək hüququna malik deyil. Şəxsi hesaba daxil edilmiş pul vəsaitindən yalnız xidmətlərin ödənilməsi üçün istifadə edilə bilər.

5.7. Bank kartlarından istifadə etməklə nağdsız ödəniş Visa, MasterCard, ödəniş sistemlərinin kredit və ya debet kartları vasitəsilə həyata keçirilir.

5.8. Partnyorların xidmətlərinin bank kartlarından istifadə etməklə nağdsız ödənişlə ödənilməsi imkanını əldə etmək üçün şəxsi kabinetin qeydiyyatı, həmçinin bank kartının Sifarişçinin şəxsi hesab nömrəsinə bağlanması zəruridir.

5.9. Nağdsız ödəniş ilə ödəniş beynəlxalq ödəniş sistemlərinin qaydalarına uyğun olaraq, ödənişin həyata keçirilməsinin məxfiliyinə və təhlükəsizliyinə riayət etmək prinsipləri əsasında həyata keçirilir. Sifarişçi tərəfindən təqdim olunan məlumatların təhlükəsizliyi prosedurların ödəniş kartları sənayesi məlumatlarının təhlükəsizlik standartlarının (Payment Card Industry Data Security Standard) tələblərinə uyğunluğu ilə təmin edilir və Xidmət daxil olmaqla, heç kim onları əldə bilməz. Bank kartının məlumatlarının daxil edilməsi xidmətlərin nağdsız ödənilməsi imkanını təmin edən ekvayerin təhlükəsiz ödəniş səhifəsində həyata keçirilir.

5.10. Nağdsız ödənişlə ödənişin mümkünlüyünü təsdiq etmək məqsədi ilə müvafiq xidmətlərin dəyəri miqdarında pul vəsaitləri Sifarişçinin bank kartında sifarişin yerləşdirildiyi vaxt bron edilə bilər. Sifarişçi tərəfindən yerləşdirilən sifariş ləğv edildikdə, həmçinin Sifarişçiyə xidmətlər göstərilmədiyi digər hallarda, kartda saxlanılmış pul vəsaitləri Sifarişçiyə qaytarılır.

5.11. Sifarişçi tələb olunan xidmətlərin həcmini dəyişdikdə, hətta Partnyor xidmətlərin göstərilməsinə başladıqdan sonra belə, qiymət yenidən hesablanmalıdır. xidmətlərin dəyəri faktiki göstərilmiş xidmətlərin həcminə uyğun olaraq Sifarişçi tərəfindən ödənilir.

5.12. Sifarişçi və Partnyor bu ofertada nəzərdə tutulmayan xidmətlərin göstərilməsi üçün hesablaşmaların digər formalarını, o cümlədən nağd pul vəsaitləri və qüvvədə olan qanunvericiliyə zidd olmayan digər üsullarla xidmətlərin ödənilməsini razılaşdıra bilərlər.

5.13. Partnyor Sifarişçiyə əlavə xidmətlərin (lakin bunlarla məhdudlaşmayaraq) göstərilməsinə görə haqq müəyyən etmək hüququna malikdir: Partnyorun 3 dəqiqədən artıq müddətə xidmətlərin icra edilməsi imkanını gözləməsi, iri qabaritli əşyaların daşınması və sair. İlkin sifariş yaratdıqda pulsuz gözləmə müddəti avtomobilin faktiki gəlməsi və Sifarişçinin bu barədə bildirişi alması anından hesablanır. Eyni zamanda, pulsuz gözləmə müddəti 3 dəqiqədən az ola bilməz və əvvəlcədən sifariş edilmiş vaxtdan əvvəl bitə bilməz.

5.14. Sifarişçi Partnyorun gəlişi barədə bildiriş aldıqdan sonra xidmətlərdən imtina etdiyinə görə Partnyor dəbbə pulu təyin etmək hüququna malikdir. Dəbbə pulunun məbləği Sifarişin yaradılması zamanı qüvvədə olan xidmətlərin minimum dəyərinin məbləğinə və Sifarişin yaradılması zamanı Partnyorun yerləşdiyi yerdən müəyyən edilmiş yerə qədər olan məsafəyə mütənasib olaraq hesablanır.

5.15. Xidmət Sifarişçiyə Partnyor tərəfindən müəyyən edilmiş əlavə xidmətlərin dəyəri və dəbbə pulunun məbləği barədə məlumat verir. Bu halda, əlavə xidmətlərin göstərilməsi üçün ödəniş, dəbbə pulunun ödənilməsi Sifarişçi və Partnyor tərəfindən razılaşdırılmış formada birbaşa Partnyora həyata keçirilir.


6. Tərəflərin Məsuliyyəti

6.1. Tərəflər öhdəliklərinin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

6.2. Xidmət bu ofertanın 2.1-ci bəndində göstərilən xidmətlərin göstərilməsi zamanı Xidmətə aid olmayan proqram təminatı və ya avadanlıqların nasazlığı zamanı yaranan fasilələrə görə məsuliyyət daşımır.

6.3. Xidmət bu ofertanın 2.1-ci bəndində göstərilən xidmətlərin göstərilməsində avadanlığın, proqram təminatının dəyişdirilməsi və ya Xidmətin texniki vasitələrinin iş qabiliyyətinin saxlanması və təkmilləşdirilməsi zərurəti ilə bağlı yaranan digər işlərlə bağlı tam və ya qismən fasilələrə görə məsuliyyət daşımır.

6.4. Xidmət Partnyorlar tərəfindən göstərilən xidmətlərdən istifadə nəticəsində Sifarişçinin çəkdiyi birbaşa itkilərə, itirilmiş mənfəətə görə məsuliyyət daşımır.

6.5. Xidmət Partnyorun öhdəliklərini yerinə yetirməməsinə görə məsuliyyət daşımır.

 

7. Xüsusi növ xidmətlərin sifariş xüsusiyyətləri

7.1. Sifarişçi Partnyor tərəfindən Sifarişçinin adından hərəkətlərin yerinə yetirilməsi üzrə xidmətlərə müraciət edərək, onu qəbul edir və razılaşır ki, onunla (etibar edən) və onun icrasını həyata keçirən şəxs (müvəkkil) arasında tapşırıq müqaviləsi üzrə öhdəliklər yaranır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 846-ci maddəsi (Ümumi hissə)). Müvəkkil tərəfindən edilən sövdələşmələr üzrə hüquqlar (mülkiyyət hüququ daxil olmaqla), öhdəliklər və məsuliyyət etibar edəndə yaranır. Müvəkkilin səlahiyyətləri vəziyyətdən aydın görünür və etibarnamə ilə təsdiq tələb etmir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163-cü maddəsi (Ümumi hissə)).

 

8. Mübahisələrin həlli qaydası

8.1. Bu ofertanın icrası ilə bağlı mübahisələri və fikir ayrılıqlarını Tərəflər danışıqlar yolu ilə həll edəcəklər.

8.2. Mübahisələrin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həll edilməlidir.

 

9. Xüsusi şərtlər

9.1. Bu redaksiyadakı ofertanın şərtləri ilə razılaşaraq, Sifarişçi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 998-IIQ nömrəli Qanununun müddəalarına uyğun olaraq belə razılığın alınması tələb olunduğu hallarda, həmçinin informasiya mesajlarını, o cümlədən reklam məlumatlarını, o cümlədən belə mesajların və məlumatların Viber, WhatsApp, Telegram və analoji internet messencerləri vasitəsilə kommunikasiya şəbəkələri üzərində yayılan mesajlar vasitəsilə alınmasına, “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli, 1281-IVQ nömrəli Qanunu ilə nəzərdə tutulmuş hallarda belə razılığa ehtiyac yarandıqda öz şəxsi məlumatlarının işlənməsinə razılığını bildirir.