GeriMəxfilik siyasəti

Məxfilik siyasəti


Bu siyasət “MINI” xidməti tərəfindən (bundan sonra – Xidmət) Internet şəbəkəsi vasitəsi ilə avtomatlaşdırma vasitələri istifadə olunmaqla fiziki şəxslərin fərdi və digər məxfi məlumatlarının toplanılması və işlənilməsi qaydasını tənzimləyir.



Ümumi müddəalar

1. Bu sənəd çərçivəsində aşağıdakı terminlərdən istifadə olunur:

1.1. Fərdi məlumatlar – insanı birbaşa və ya dolayısı ilə eyniləşdirməyə imkan verən istənilən məlumat.

1.2. Xidmət - fərdi məlumatları müstəqil şəkildə toplayan, işləyən və mühafizə edən, habelə fərdi məlumatlar ehtiva edən məlumat bazasına Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq sahiblik, istifadə və sərəncam vermək hüququnu həyata keçirən şəxs.

1.3. Sayt - Xidmət tərəfindən Sifarişçilərə xidmətlərin göstərilməsi üçün istifadə edilən, İnternetdə saytları eyniləşdirməyə imkan verən domen adları və (və ya) şəbəkə ünvanları vasitəsilə giriş təmin edilən elektron hesablama maşınları üçün proqramlar və informasiya sistemində olan digər məlumatlar. Saytın ünvanı:  https://minitaxi24.com/.

1.4. Mobil tətbiq – Sifarişçinin iOS, Android, “Windows Phone” əməliyyat sistemləri ilə işləyən cihazına quraşdırılan, Xidmətin proqram-aparat kompleksinə inteqrasiya edilmiş və xidmət göstərilməsi üçün sifariş yaradılmasını imkan verən, elektron hesablama maşınları üçün proqram ”MINI: taksi sifarişi”.

1.5. Xidmətlər – Xidmət tərəfindən Müştəriyə təqdim olunan, Müştərinin sifarişini qəbul etmək, işləmək, Partnyora ötürmək və Sifarişçini sifarişin icrası barədə məlumatlandırmaq məqsədi daşıyan məlumat xidmətləri. Xidmətlərin göstərilməsi predmeti və qaydası internet saytında yerləşdirilmiş ictimai oferta şərtləri ilə müəyyən edilir.

1.6. Sifarişçi – sayt, mobil tətbiq və ya Xidmətin abunə telefon nömrəsinə zəng etməklə sifariş edən və bu məqsədlərlə öz fərdi məlumatlarını təqdim edən fiziki şəxs.

1.7. Partnyor — sifarişçiyə müstəqil şəkildə, öz gücünə sərnişin daşımaları, malların (yüklərin) daşınması, yükləmə-boşaltma xidmətlərini göstərən şəxs. Bununla belə, Xidmət nəqliyyat təşkilatı deyil və müstəqil şəkildə Sifarişçiyə hər hansısa nəqliyyat xidmətləri göstərmir.

1.8. Sifariş — Partnyorlar tərəfindən nəqliyyat xidmətlərinin göstərilməsinə dair Sifarişçi tərəfindən yaradılan sorğu.

1.9. Fərdi məlumatların işlənməsi – fərdi məlumatlarla əməliyyatlar (qeydə alınması, sistemləşdirilməsi, dəqiqləşdirilməsi, dəyişdirilməsi, silinməsi, şəxsiyyətsizləşdirilməsi, saxlanması, ötürülməsi, məhv edilməsi).

1.10. Fərdi məlumatların avtomatlaşdırılmış şəkildə işlənməsi – hesablama texnologiyasının köməyi ilə fərdi məlumatların işlənməsi.

1.11. Fərdi məlumatların təqdim edilməsi – fərdi məlumatların sorğu əsasında AR qanunvericiliyinə uyğun olaraq maddi daşıyıcı və ya informasiya texnologiyaları vasitəsilə istifadəçilərə təqdim edilməsi.

1.12. Fərdi məlumatların bloklaşdırılması – fərdi məlumatların işlənməsinin müvəqqəti olaraq dayandırılması (işlənmənin fərdi məlumatların dəqiqləşdirilməsi üçün lazım olduğu hallar istisna olmaqla).

1.13. Fərdi məlumatların məhv edilməsi - informasiya sistemində fərdi məlumatların sonradan onların məzmununun bərpasını qeyri-mümkün etməklə silinməsi və ya fərdi məlumatların yazıldığı maddi daşıyıcıların məhv edilməsi.

1.14. Fərdi məlumatların informasiya sistemi – fərdi məlumatların qanunvericiliyə uyğun olaraq toplanmasını, işlənməsini və mühafizəsini təmin edən informasiya sistemi;

1.15. Kuki faylları — sayt tərəfindən göndərilən və Sifarişçinin sayta daxil olduğu kompüterdə, mobil telefonda və ya digər cihazda saxlanılan, Sifarişçinin saytdakı hərəkətləri haqqında məlumatları saxlamaq üçün istifadə edilən məlumat parçaları.

1.16. Cihazın identifikatoru — Sifarişçinin Mobil tətbiqi quraşdırdığı cihazı eyniləşdirmək imkanını verən, cihazın özü tərəfindən təqdim edilən və ya Mobil tətbiq ilə hesablanan unikal məlumatlar.

2. Sayt, mobil əlavə və ya Xidmətin abunə telefon nömrəsinə zəng etməklə xidmətlərin sifariş edilməsi Sifarişçinin bu siyasətin şərtləri ilə, o cümlədən Xidmət tərəfindən öz fərdi məlumatlarının işlənilməsinə, qüvvədə olan qanunvericiliyin müddəaları ilə bu cür razılıq tələb olunduqda, razı olması deməkdir.



Fərdi məlumatlar

3.1. Fərdi məlumatların işlənməsi zamanı Sifarişçinin aşağıdakı hüquqları var:

3.1.1. informasiya sistemində özü haqqında fərdi məlumatların mövcudluğu barəsində və operator barəsində məlumat almaq;

3.1.2. informasiya sistemində özü haqqında fərdi məlumatların toplanması, işlənməsi və ötürülməsi üçün hüquqi əsaslandırma tələb etmək, bu məlumatların toplanması, işlənməsi və üçüncü şəxslərə ötürülməsinin hüquqi nəticələri haqqında məlumat əldə etmək;

3.1.3. informasiya sistemində onun haqqında toplanmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;

3.1.4. informasiya sistemində onun haqqında fərdi məlumatların toplanmasının və işlənməsinin məqsədini, işlənmə şərtlərini, üsullarını, onun fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslər haqqında məlumat bilmək;

3.1.5. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onun haqqında informasiya sistemində toplanmış və işlənmiş fərdi məlumatların dəqiqləşdirilməsini və məhvini tələb etmək;

3.1.6. fərdi məlumatların toplanmasının və işlənməsinin qadağan edilməsini tələb etmək;

3.1.7. informasiya sistemində onun haqqında toplanmış və işlənmiş fərdi məlumatların mənbələri haqqında məlumat almaq, belə məlumatların qanuniliyinin təsdiqini tələb etmək;

3.1.8. informasiya sistemində toplanmış və işlənmiş fərdi məlumatların mühafizəsini tələb etmək;

3.1.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqlarını həyata keçirmək.

 3.2. Sifarişçi Xidmətin onun fərdi məlumatlarını mövcud qanunvericiliyin tələblərini pozaraq işlədiyini və ya onun hüquq və azadlıqlarını başqa yolla pozduğunu güman etdikdə fərdi məlumatların subyektlərinin hüquqlarının müdafiəsi üzrə səlahiyyətli orqana və ya məhkəməyə Xidmətin hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət etmək.

3.3. Məhkəmə qaydasında dəymiş ziyanın qarşılanması və (və ya) mənəvi zərərin kompensasiyası daxil olmaqla öz hüquqlarını və qanuni mənafelərini qorumaq.

4. Fərdi məlumatların işlənməsi zamanı Xidmət öz üzərinə aşağıdakı öhdəlikləri götürür:

4.1. Sifarişçiyə sorğusu əsasında aşağıdakı məlumatları təqdim etmək:

4.1.1. Xidməti eyniləşdirən məlumatı;

4.1.2. fərdi məlumatların işlənməsinin məqsədini və bu məqsədin hüquqi əsasını;

4.1.3. informasiya sistemində toplanmış və işlənmiş fərdi məlumatların mühafizə səviyyəsini;

4.1.4. fərdi məlumatların güman edilən istifadəçilərini;

4.1.5. subyektin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları haqqında məlumatları;

 4.2. Fərdi məlumatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mühafizəsinin təmin edilməsi üçün texniki və təşkilati tədbirləri (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınması) həyata keçirmək.

5. Sifarişçinin fərdi məlumatlarının toplanmasının və işlənməsinin məqsədi Sifarişçi ilə Xidmət arasında Sifarişçiyə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlamaqdır.

6. Sifarişçinin fərdi məlumatları elektron daşıyıcılarda saxlanılır və fərdi məlumatların avtomatlaşdırılmış işlənilmə sistemlərindən istifadə olunmaqla işlənilir.

7. Xidmət Sifarişçinin aşağıdakı fərdi məlumatlarını toplayır və işləyir:

7.1. Soyadı, adı, atasının adı;

7.2. Doğum tarixi;

7.3. Abunə telefon nömrəsi;

7.4. Olduğu yerin ünvanı;

7.5. Elektron poçt ünvanı.

8. Aşağıdakı fərdi məlumatları Sifarişçi Xidmətə öz mülahizəsinə görə təqdim edə bilər, həmçinin öz mülahizəsinə görə onları dəyişə və (və ya) silə bilər:

8.1. Soyadı, adı, atasının adı;

8.2. Doğum tarixi;

8.3. Olduğu yerin ünvanı;

8.4. Elektron poçt ünvanı.

9. Sifarişçinin fərdi məlumatları aşağıdakı hallarda Xidmət tərəfindən məhv edilir:

9.1. Xidmətlərin göstərilməsinin bitməsi anından üç il keçdikdə;

9.2. Sifarişçi onun fərdi məlumatlarının işlənilməsinə dair razılığı geri çəkdikdə.

10. Sifarişçinin fərdi məlumatlarının məhvi onların sonradan bərpası imkanı olmadan həyata keçirilir.

11. Yalnız xidmətlərin göstərilməsi ilə birbaşa əlaqəli olan şəxslər Sifarişçilərin şəxsi məlumatlarına çıxış əldə edə bilərlər. Qüvvədə olan qanunvericiliyə əsasən fərdi məlumatların səlahiyyətli dövlət orqanlarının sorğularına əsasən fərdi məlumatların təqdim edilməsi halları istisna olmaqla Xidmət Sifarişçinin fərdi məlumatlarını yaymır və, Sifarişçinin əvvəlcədən alınmış yazılı razılığı olmadan, onları üçüncü şəxslərə təqdim etmir.

12. Fərdi məlumatlar natamam, köhnəlmiş, qeyri-dəqiq olduqda, qeyri-qanuni yolla əldə edildikdə və ya göstərilən işlənmə məqsədi üçün zəruri olmadığı halda Sifarişçi Xidmətdən fərdi məlumatlarının dəqiqləşdirilməsini (yenilənməsini), bloklanmasını və ya məhvini tələb etmək, Xidmətə müvafiq sorğunu və (və ya) tələbi alınması barədə bildiriş verməklə və ya onun Xidmətin olduğu yer üzrə şəxsən verilməsi ilə yazılı şəkildə sifarişli poçt göndərişi ilə fərdi məlumatların işlənməsinə razılığını geri götürmək hüququna malikdir. Göstərilən sorğuda/tələbdə Sifarişçinin və ya onun nümayəndəsinin şəxsiyyətini təsdiq edən əsas sənədin nömrəsi və seriyası, göstərilən sənədin verilmə tarixi və onu vermiş orqan, Sifarişçinin yaşayış yerinin ünvanı (yeni növ şəxsiyyət vəsiqələrində PİN kod (FIN kod), sənədin seriyası nömrəsi göstərilir) Sifarişçinin Xidmətlə münasibətlərdə iştirakını təsdiq edən məlumatlar (müqavilə nömrəsi, müqavilənin bağlanma tarixi, şərti şifahi təyinat və (və ya) digər məlumatlar) və ya Xidmət tərəfindən fərdi məlumatların işlənməsi faktını başqa şəkildə təsdiq edən məlumatlar, Sifarişçinin fərdi məlumatlarının dəqiqləşdirilməsi, bloklanması və ya məhv edilməsi tələbi və ya fərdi məlumatların işlənməsinə razılığın geri götürülməsi barədə bildiriş, Sifarişçinin və ya onun nümayəndəsinin imzası olmalıdır. Azərbaycan Respublikasının qanunları ilə başqa müddət nəzərdə tutulmayıbsa, Xidmət ərizənin alındığı tarixdən yeddi iş günündən çox olmayan müddətdə əsaslandırılmış cavab verməlidir.

Geolokasiya məlumatları

13. Xidmət mobil tətbiq vasitəsi ilə Sifarişçinin olduğu yer barədə məlumat (geolokasiya məlumatları) əldə edir. Geolokasiya məlumatları yalnız mobil tətbiqdən istifadə olunan zaman Xidmətə ötürülür. Sifarişçi öz mülahizəsinə görə geolokasiya məlumatlarının verilməsinə, öz mobil cihazında müvafiq parametrləri dəyişməklə, qadağa qoya bilər.

14. Sifarişin yerinə yetirilməsi məqsədi ilə Xidmət Sifarişçinin geolokasiya məlumatlarını sifarişi icraya qəbul etmiş Partnyorlara verir.

Ödəniş məlumatları

15. Partnyorlar tərəfindən göstərilən nəqliyyat xidmətlərini nağdsız ödənişlə bank kartlarından istifadə etməklə əldə etmək üçün Sifarişçi bank kartının öz abunə telefon nömrəsinə bağlanılmasını həyata keçirə bilər. Bank kartının bağlanılması Sifarişçi tərəfindən müstəqil şəkildə, Mobil tətbiqdə aşağıdakı məlumatları göstərməklə həyata keçirilir:

15.1. Bank kartının nömrəsi;

15.2. Bank kartının istifadə müddəti;

15.3. Bank kartının sahibinin adı və soyadı;

15.4. Bank kartının qoruyucu kodu.

16. Bank kartlarından istifadə etməklə nağdsız ödəniş beynəlxalq ödəniş sistemlərinin qaydalarına uyğun olaraq ödənişin məxfi və təhlükəsiz həyata keçirilməsi prinsiplərinə riayət olunmaqla həyata keçirilir. Sifarişçi tərəfindən təqdim olunan məlumatların təhlükəsizliyi prosedurların ödəniş kartları sənayesi məlumatlarının təhlükəsizlik standartlarının (Payment Card Industry Data Security Standard) tələblərinə uyğunluğu ilə təmin edilir və Xidmət daxil olmaqla, heç kim onları ala bilməz. Bank kartının məlumatlarının daxil edilməsi ödənişlərin nağdsız həyata keçirilməsi imkanını təmin edən bank-ekvayerin qorunan ödəniş səhifəsində həyata keçirilir.



Kuki faylları

17. Xidmət tərəfindən aşağıdakı kuki fayl tipləri istifadə olun bilər:

17.1. Ciddi zəruri kukilər. Saytda hərəkət və tələb edilən xidmətlərdən istifadə etmək üçün lazımdır. Bu tip kuki faylları Sifarişçi qeydiyyatdan keçərkən və sistemə daxil olarkən tətbiq olunur. Onlarsız Sifarişçi tərəfindən tələb edilən xidmətlərdən istifadə etmək mümkün deyil. Bu kuki faylları əsas sayılır və həm daimi, həm də müvəqqəti ola bilərlər. Bu kuki faylları olmadan sayt lazımi qaydada işləmir.

17.2. İstismar kukiləri. Onlar saytdan istifadə barədə statistik məlumat toplayır. Bu fayllar Sifarişçinin şəxsi məlumatlarını almır. Bu kuki faylları ilə yığılmış bütün məlumatlar statistik xarakter daşıyır və anonimdir. Bu kukilərin istifadə məqsədləri:

17.2.1. Saytdan istifadə statistikasının əldə edilməsi;

17.2.2. Reklam kampaniyalarının effektivliyinin qiymətləndirilməsi.

Bu kuki faylları daimi və müvəqqəti olur, həm əsas, həm də kənar kukilərə aid ola bilər.

17.3. Funksional kukilər. Sifarişçi tərəfindən təqdim olunan məlumatları (istifadəçi adı, dili və ya olduğu yer kimi) yadda saxlamaq üçün istifadə olunur. Bu fayllar şəxssizləşdirilmiş məlumatlardan istifadə edir və Sifarişçinin digər saytlarda fəaliyyətini izləmir. Bu kukilərin istifadə məqsədləri:

17.3.1. Sifarişçiyə əvvəllər hər hansısa bir xidmətin göstərilib-göstərilməməsi barədə məlumatı yadda saxlamaq;

17.3.2. Sifarişçinin üstünlük verdiyi seçimləri yadda saxlamaqla bütövlükdə saytla qarşılıqlı əlaqənin keyfiyyətinin yaxşılaşdırılması.

Bu kuki faylları daimi və müvəqqəti olur, həm əsas, həm də kənar kukilərə aid ola bilər.

17.4. Reklam kukiləri. Bu kuki fayl növü reklamın baxılma sayını məhdudlaşdırmaq, reklam kampaniyalarının effektivliyini ölçmək və saytda olan reklam materiallarının idarə edilməsi üçün istifadə olunur. Reklam kuki faylları üçüncü tərəflər, məsələn reklam verənlər və onların agentləri tərəfindən yerləşdirilir. Bu fayllar üçüncü tərəflər tərəfindən təqdim edilən Saytdakı reklamlarla əlaqəlidirlər. Onlar həm daimi, həm də müvəqqəti ola bilərlər.

Sifarişçinin istifadə etdiyi brauzerin parametrlərində kukiləri bloklamaq və ya silmək, həmçinin onların təsirini məhdudlaşdırmaq olar.

Cihazın identifikatoru

19. Cihazın identifikatoru haqqında toplanılan məlumatlar Sifarişçinin fərdi məlumatlarını ehtiva etmir.

20. Cihazın identifikatoru haqqında məlumatların toplanılmasının məqsədi mobil tətbiqin istifadəçilərinin daxili uçotudur.



Mobil rabitə operatoru haqqında məlumatlar

21. Xidmət mobil tətbiq vasitəsi ilə, Sifarişçiyə hərəkətli telefon rabitəsi (mobil rabitə) xidmətlərini göstərən operator barəsində məlumatlar əldə edir.

22. Mobil rabitə operatoru haqqında toplanılan məlumatlar Sifarişçinin fərdi məlumatlarını ehtiva etmir.

23. Mobil rabitə operatoru haqqında məlumatların toplanılmasının məqsədi mobil tətbiqin ayarlarında Sifarişçinin olduğu ölkə və mobil tətbiqin interfeysinin dili haqqında məlumatların avtomatik quraşdırılmasıdır.



Sifariş tarixçəsi

24. Xidmət Sifarişçi tərəfindən edilən sifarişlərin tarixçəsini, yəni sifarişin yaradılma vaxtını, avtomobilin verilmə yerinin ünvanını, aralıq və son marşrut ünvanlarını, tətbiq edilən tarifi, ödəniş üsulunu və Sifarişçi tərəfindən göstərilən digər məlumatları yadda saxlayır.

25. Sifariş tarixçəsi barədə məlumatın toplanılmasının məqsədi əvvəlcə təqdim edilən məlumatlardan istifadə etməklə, sifariş parametrlərinin avtomatik doldurulması yolu ilə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasıdır.