GeriHüquqi məlumat

Bonus proqramının qaydaları


1. Qaydalar “MINI” tətbiqinin istənilən istifadəçisinə ünvanlanıb, “MINI” xidmətinin təklifidir və bonus proqramının bütün şərtlərini ehtiva edir.

2. Qaydalarda istifadə olunan terminlər.

2.1. İştirakçı — “MINI” mobil tətbiqinin istifadəçisi.

2.2. Yeni iştirakçı — “MINI” xidmətindən ilk dəfə istifadə edən, əvvəllər mobil tətbiq (mobil tətbiqə bağlı olan telefon nömrəsi) vasitəsi ilə sifariş etməmiş və “MINI” xidmətinin promokodlarını aktivləşdirməmiş istifadəçi.

2.3. Promokod — bonus proqramının iştirakçılarının şəxsi istifadəsi üçün və ya iştirakçılar arasında mübadilə üçün nəzərdə tutulan “MINI” mobil tətbiqində generasiya edilmiş hərflərdən və rəqəmlərdən ibarət ardıcıllıq. Promokod onu göndərənin və alanın, təqdim olunan bonusun və “MINI” xidmətinin aksiyalarında iştirakın identifikatorudur. Yalnız yaradıldığı ölkədə istifadə oluna bilər. Promokodun aktivləşdirilməsi üçün onu “MINI” mobil tətbiqində müvafiq sətrə daxil etmək lazımdır.

2.4. Bonus manatı — Azərbaycan manatında (1 bonus manatı = 1 Azərbaycan manatı) hesablanan və, reklam materiallarında və/və ya bu qaydalarda başqa qayda nəzərdə tutulmayıbsa, mövcud tariflər üzrə sifarişlərin ödənilməsi üçün 30%-dək endirim kimi istifadə oluna bilən şərti vahid. Bonus manatları pul vəsaitlərinə dəyişdirilmir və bu qaydalarla müəyyən olunan məhdud müddət ərzində istifadə oluna bilər.

2.5. Şəxsi hesab — “MINI” mobil tətbiqinin istifadəçisinin “MINI” xidməti tərəfindən yaradılmış, avans ödənişlərin və mövcud tariflər üzrə sifarişlərin ödənilməsi üçün bu ödənişlərdən tutulmuş (silinmiş) pul vəsaitlərinin əks olunduğu virtual hesab.

3. Bonusların növləri.

3.1. “İlk bonusunu al“. Yeni iştirakçı “MINI” xidmətinin reklam materiallarından götürdüyü promokodu “MINI” mobil tətbiqində daxil edir. Promokod uğurla aktivləşdirildikdən sonra yeni iştirakçının hesabına, həmin hesaba oturduqdan sonra 30 gün ərzində mövcud tariflər üzrə sifarişlərin ödənilməsi üçün istifadə oluna bilən, miqdarı reklam materialında qeyd olunan məbləğ köçürülür.

3.2. “Yeni bonus“. Yeni iştirakçı və/və ya reklam materiallarında qeyd olunan dövrdə öz telefon nömrəsindən sifariş etməmiş və “MINI” xidmətinin promokodlarını aktivləşdirməmiş İştirakçı “MINI” xidmətinin reklam materiallarından götürdüyü promokodu, bu cür imkan reklam materiallarında nəzərdə tutulubsa, mobil tətbiqdə daxil edir. Promokod uğurla aktivləşdirildikdən sonra Yeni iştirakçının və ya bu bənddə yuxarıda göstərilən meyarlara uyğun olan İştirakçının hesabına, həmin hesaba oturduqdan sonra 30 gün ərzində mövcud tariflər üzrə sifarişlərin ödənilməsi üçün endirim qismində istifadə oluna bilən, miqdarı reklam materialında qeyd olunan məbləğ köçürülür.

3.3. “Hədiyyə et və hədiyyə al”. İştirakçı “MINI” mobil tətbiqində fərdi promokod generasiya edir və onu istənilən mümkün olan üsulla yeni iştirakçıya ötürür. Yeni iştirakçı öz mobil cihazındakı mobil tətbiqdə promokodu aktivləşdirildikdən sonra 3 bonus manatı alır. İştirakçı onun fərdi promokodunun Yeni iştirakçılar tərəfindən hər uğurlu aktivləşdirilməsinə görə 3 bonus manatı alır, o şərtlə ki, yeni iştirakçılar 90 gün ərzində “MINI” mobil tətbiqi vasitəsi ilə ən azı 3 ödənişli səfər etsin. Bonus manatları iştirakçıların şəxsi hesablarına köçürülür və hesaba oturduqdan sonra 30 gün ərzində mövcud tariflər üzrə sifarişlərin ödənilməsi üçün istifadə olun bilər

3.4. “Aksiya promokodu”. İştirakçı “MINI” xidmətinin aksiyasında iştirak etmək üçün promokod əldə edir. Promokod aktivləşdirildikdən sonra o, aksiyanın iştirakçısı olur. Aktivasiyaya görə bonus manatları verilmir. Promokodun istifadə müddəti və aktivləşdirilməsi qaydası, həmçinin aksiyanın keçirilməsi qaydası və müddəti barədə məlumat “MINI” mobil tətbiqinin istifadəçisinə əlavə olaraq elan olunacaq.

3.5. “Mükafat promokodu”. “MINI” mobil tətbiqinin istifadəçisi “MINI” xidmətinin aksiyasında iştirak etdiyi üçün mükafat qismində promokod alır. Promokod aktivləşdirildikdən sonra bonus manatları istifadəçinin şəxsi hesabına köçürülür və mövcud tariflər üzrə sifarişlərin ödənilməsi üçün istifadə olun bilər. Bonus manatlarının miqdarı və onun istifadə müddəti aksiyanın şərtləri ilə müəyyən edilir.

3.6. “Hədiyyə promokodu”. “MINI” mobil tətbiqinin istifadəçisi “Hədiyyə promokodu yarat” düyməsinin köməyi ilə promokodu generasiya edir və onun nominalını özü bonus manatları ilə qeyd edir. Bonus manatlarının məbləğinə Azərbaycan manatları ilə ifadə olunan ekvivalent pul vəsaitləri şəxsi hesabdan və ya əlavə edilmiş bank kartından silinir. İstifadəçi öz promokodunu istənilən mümkün olan üsulla həmin promokodu aktivləşdirə bilən iştirakçıya ötürür. Aktivləşdirdikdən sonra hədiyyə promokodunun nominalını təşkil edən bonus manatları alanın şəxsi hesabına köçürülür.

4. “MINI” xidməti bonus proqramının qaydaları, müddəti, şərtləri haqqında “MINI” mobil tətbiqində və minitaxi24.com saytında məlumat verir.